Yeni tədqiqat bağırsaq sağlamlığı ilə immun sistemi, əhval-ruhiyyə və psixi sağlamlıq arasında əlaqəni aşkar edib. Qidalanma mütəxəssisləri immunitet funksiyasında əsas rol oynayan ağ qan hüceyrələrinin 70%-nin bağırsaqda olduğunu vurğulayıblar. Bədəni müxtəlif xəstəliklərdən qorumaq üçün həkimlər gündəlik qidalanmanın 5 sadə qaydasına riayət etməyi tövsiyə edirlər.

1. Bitki mənşəli məhsullar. Mütəxəssislər həftədə 30 və ya daha çox bitki mənşəli qidalar qəbul edənlərin bağırsaq mikrobiomunun 10-dan az yeyənlərə nisbətən əhəmiyyətli dərəcədə yaxşı olduğunu müəyyən ediblər. Bu cür qidalarda çoxlu lif var və bu, faydalı mikrobların sayını artırır.

2. Daha çox probiyotiklər və prebiyotiklər. Probiyotiklər güclü antimikrob aktivliyə malikdir, bağırsaq divarının funksiyasını yaxşılaşdırır və bağırsağın immun hüceyrələrinə müsbət təsir göstərir. Probiyotiklərin mənbələrinə qatıq, kefir və tərəvəzlər daxildir. Həkimlər onları gündə bir neçə dəfə qidaya daxil etməyə çağırıb. Bununla yanaşı, prebiyotiklərə – bağırsaqlarda faydalı bakteriyaları qidalandıran və iltihab əleyhinə təsir göstərən pəhriz lifinə diqqət yetirmək vacibdir.

3. Daha az işlənmiş qidalar. Məsələn, işlənmiş qidalara şəkər əlavə edilmiş  peçenye və çips daxildir. Bu cür qidalar bağırsaqların fəaliyyətini pisləşdirir, həmçinin metan istehsalında iştirak edən bakteriyaların sayını artırır. Bu qaz həzm traktını ləngidir və kiçik bağırsaq bakteriyasının çoxalmasına (SIBO) səbəb ola bilir .

4. Alkoqola yox. Məlum olub ki, spirtli içkilərin müntəzəm istifadəsi bağırsaq iltihabına səbəb ola bilir və bağırsaq mikrobiotasının tərkibinə və fəaliyyətinə mənfi təsir göstərir.

5. Daha az süni dadlandırıcılar. Süni dadlandırıcılar da bağırsaq mikrobiomuna mənfi təsir göstərir.

 

Şərhlər