B12 çatışmazlığı beyinə və sinir sisteminə mənfi təsir göstərir. Bu vitamin bədənin düzgün işləməsi üçün vacibdir. Onun olmaması geri dönməz ola biləcək müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.

 

Woodlands Tibb Mərkəzindən Dr.Rachel Ward, hansı əlamətlərin təhlükəli olduğunundan bunları danışıb . O müsahibəsində B12 çatışmazlığının anemiyaya səbəb olduğunu və bununla yanaşı, yorğunluq, dərinin solğunluğu, nəfəs darlığı, ürək döyünməsi və başgicəllənmə kimi simptomların ortaya çıxdığını qeyd edir.

 

Mütəxəssisə görə, bütün bu əlamətlər, bir qayda olaraq müalicəyə başladıqdan sonra yox olur. Eyni şey B12 çatışmazlığının bir əlaməti olan glossit (dil iltihabı) üçün də keçərlidir. Həkim xəbərdarlıq edir ki, sinir sistemi zədələnəndə davamlı vitamin çatışmazlığı əlamətləri meydana çıxa bilir.

Bədəndəki B12 səviyyəsinin aşağı olması sinir sağlamlığına mənfi təsir edərək tarazlıq problemlərinə, əzalardakı uyuşmaya səbəb ola bilər.

 

Vitamin çatışmazlığı yaddaş problemlərinə , depressiyaya, əsəbilik və ağır hallarda psixoza səbəb ola bilər. Beləcə, “beyin və sinirlərə geri dönməz ziyan vurur” deyən mütəxəssis B12 çatışmazlığı əlamətləri görünərsə, həkimə müraciət etməyi tövsiyə edib.

Şərhlər