Amerika alimləri müəyyən edib ki, gündəlik az miqdarda yuxu öncəsi alkoqol qəbulu orqanizmə müsbət təsir edir. Tədqiqat göstərib ki, yatmazdan qabaq qəbul edilən cüzi alkoqol beyini “təmizləyir” və Alzheymer xəstəliyi riskini azaldır.

Alkoqolun bu təsiri onunla əsaslanıdırılır ki, spirtli içki beyindəki mənfi prosesləri dayandırır və yüklənməni azaldır. Lakin alimlər yalnız cüzi miqdarda alkoqolun müsbət təsirlərini nəzərdə tutur. Bədən çəkisinin hər kilosuna nisbətdə 0,5 qram alkoqol hesablamaq tövsiyə edilir. Alimlərin alkoqolun artıq dozalarının zərərləri barədə fikirləri isə dəyişməz qalır

Şərhlər