Orta əsrlər Avropasında dəri paltarları, əlcəklər, çəkmələr və şapka geymiş, vəba xəstələrini müalicə etmək üçün xüsusi vəba loğmanları işə götürüldü.
Tibbinfo.com bildirir ki, onların kostyumlarının ən diqqət çəkən hissəsi quş dimdiyinə bənzər olan maska idi.
Maskanın içinə çox kəskin qoxuya malik qurudulmuş çiçəklər və otlar, ədviyyatlar, kamforaya və ya sirkəyə batırılmış bez qoyurdular.
Buna səbəb vəba xəstələrindən və meyitlərdən gələn qoxudan xəstəlik keçəcəcəyinə inanmaları idi.
Həkimlər bu üsulla özlərini qoruduqlarını sanırdılar.
Aişə Nəbiyeva