Aspirin, bir çox insanda miqren ağrısını rahatlaşdırır və bu səbəbdən xəstəlik zamanı ilk yardım olaraq istifadə edilə bilər.

İngiltərənin Oxford şəhərindəki John Radcliffe Xəstəxanasının işçiləri, aspirin və plasebonun təsirlərini müqayisə etmək üçün 4222 xəstəni əhatə edən araşdırma aparıblar.  Miqren simptomları (baş ağrısı və ürək bulanması) başladıqdan sonra iki saat ərzində üç aspirin tabletinin alınmasının çox təsirli olduğu ortaya çıxıb. Xüsusilə, xəstələrin yarıdan çoxu simptomların yüngülləşdiyini və dörd nəfərdən biri isə bu tabletlərin ağrını tamamilə aradan qaldırdığını bildirib.

Beləliklə, elm adamları, miqren üçün, ağrı kəsici kimi ilk vasitə olaraq aspirinin alınmasını lazım olduğu qənaətinə gəliblər.

Bu gün təkcə İngiltərədə 9 milyondan çox insan miqrendən əziyyət çəkir. Bu xəstəlik şəkərli diabet, epilepsiya və astmadan daha çox görülür.

Xatırladaq ki, şiddətli miqrenlərlə Botox inyeksiyalarının köməyi ilə də mübarizə aparmaq olar: üz sinirlərini iflic edərək. Dərman beyinə ağrı haqqında məlumatın ötürülməsinə maneə törədir və bununla da miqrenin gedişatını asanlaşdırır.

Oxumağa dəyər:   Putinin şəxsən mükafatlandırdığı ‘xərçəng qənimi’ həkimdən bu xəstəlik barədə hər kəsin bilməli olduğu məlumatlar

 

 

 

 

 

 

Şərhlər