Nə qədər qəribə olsa da meyvələrin bir çoxunun bizim düşündüyümüz kimi dietik xüsusiyyətləri yox imiş. Hətta onlardan bəziləri insanları yağlı yeməklərin kökəltdiyi dərəcədə çəkisini artıra bilər. Amerika alimləri belə qənaətə gəlib.
Xüsusən şirin və çox yetişmiş meyvələr tərkibindəki fruktoza insan bədənində piylənməni stimullaşdırır. Bu səbəbdən həkimlər meyvə dietinə oturanlara xəbərdarlıq edir ki, hər zaman balansı gözləsinlər. Meyvə səbətinizin tərkibi və gündəlik rasionunuzda meyvə nisbəti düzgün qurulmazsa bu, nəinki sizi daha da yaxşı edəcək, əksinə çəki yığma,yuxusuzluq, depresiya və nevroloji problemlərə qədər gedib çıxacaq.
Bu səbəbdən tərkibiz glükoza ilə zəngin olan meyvələri rasionunuza ehtiyatla daxil etməniz gərəkdir. Üzüm və bir çox qurudulmuş meyvələr bu kateqoriayaya aiddir. O üzdən seçiminizdə əsasən çox şirin olmayan, turşməzə və lifli meyvə çeşidlərinin üzərində dayanmaq tövsiyyə edilir.