Ana südünü artırmaq üçün ən vacib qayda maye dəstəyidir. İlk öncə deyək ki, bol su içmək lazımdır. Doğuşdan sonra süd əmələ gətirən qidalarla balanslı və nizamlı qidalansanız, əlavə bir problem olmadıqca südünüz azalmayacaq. Çaylar, meyvələr, tərəvəzlər, göyərti, paxlalılar və qoz-fındıq ana südünü artıran qidalar arasındadır. İndi gəlin bu qidaların təfərrüatlarına keçək!

Ana südünü artıran çaylar

Şüyüd çayı

Gicitkən çayı (Həkiminizlə məsləhətləşsəniz yaxşı olar, çünki o, hər zaman içmək əvəzinə ara verməli olduğunuzu söyləyə bilər)

Çobanyastığı çayı

Süd artıran qidalar

Mərci şorbası

Brokoli şorbası/salatı

İspanaq yeməyi

Buxarda hazırlanmış balıq, bişmiş qızılbalıq, yulaf yarması

Paxlalılar da ana südünü artıran qidalar arasındadır. Ona görə də onu bir gün əvvəl isladıb yemək daha yaxşıdır. Mərcimək,noxud,lobya bu siyahıya aiddir. Gündə 2-3 qoz, 10 fındıq və ya badam yeyə bilərsiniz. Ana südünü artıran qidaların başında tərəvəz və göyərti dayanır. Gicitkən, şüyüd, qulançar, kələm, ispanaq, kök – süd kanallarını genişləndirir.

Oxumağa dəyər:   Putinin şəxsən mükafatlandırdığı ‘xərçəng qənimi’ həkimdən bu xəstəlik barədə hər kəsin bilməli olduğu məlumatlar

Süd artıran meyvələr

Armud

Heyva

Ağ üzüm

Tut

Əslində meyvəni çiy yeməkdənsə kompot edib içmək daha yaxşıdır; çünki əks halda onlar ana südündə qaz yarada bilərlər. Kompota şəkər tozu əlavə etməyin. Meyvələrin özlərinin dadları kifayət edər. Bəzi ekspertlər südü tövsiyə edirlər, lakin süd qaza səbəb ola bilər.

Ana südünü azaldan qidalar

Körpələrini əmizdirən anaların qaçınılması lazım olan qidalar arasında duzlu qidalar var. Duz ana südünü azaldır. Şorabalar, konservləşdirilmiş məhsullar, sirkə, nişasta, nanə və cəfəri – bu siyahının başında dayanır.

Şərhlər