Amerika Oftalmologiya Cəmiyyəti qadınlar arasında geniş yayılan süni kirpiklərlə bağlı xəbərdarlıq edib.

Məlumatda bildirilir ki, kirpik qoymaq üçün istifadə edilən yapışqanlar ciddi problemlərə yol aça bilər.

Buraya allergik və infeksion xəstəliklər ehtimalı daxildir. Artıq bununla bağlı çoxlu şikayətlər də var.

Ekspertlər süni kirpiklərdən imtina etməyi və ya yapışqanın standartlara uyğun olmasından əmin olmağı tövsiyə edir.

Şərhlər