Demans hallarının təxminən 60 faizinin səbəbi Alzheimer xəstəliyidir.

İngilis alimləri Alzheimer xəstəliyini erkən mərhələlərdə aşkar etmək üçün test hazırlayıblar. Xəstəlik hal -hazırda, yaddaş testlərindən istifadə etməklə aşkarlanır.

Tədqiqatçıların məqaləsi Brain jurnalında dərc edilib.

Bath, Bristol və Kent Universitetlərinin alimləri tərəfindən hazırlanan Fastball testində, ensefalografik dəbilqə taxan insanlara sürətlə dəyişən şəkillər göstərilib. Bu zaman onların beyin dalğaları ölçülüb . Şəxslərin, şəkillərdə ki dəyişikliyi xatırlayıb – xatırlamayacaqlarına diqqət edilib.

Metod beyin dalğalarında kiçik dəyişiklikləri belə qeyd etməyə imkan verir. Ölçmə tamamilə passivdir – iştirakçıya tapşırığı başa düşmək və ya suallara cavab vermək lazım deyil.

Elm adamları qeyd ediblər ki, 60 nəfər – gənclər, böyüklər və Alzheimer xəstələri üzərində aparılan ilkin test, Alzheimer xəstələrinin test zamanı daha pis nəticələr göstərdiklərini aşkar edib .

Tədqiqatçıların fikrincə, yeni üsul xəstəliyin ən azı 5 il daha tez aşkarlanmasına kömək edəcək .

Alzheimer xəstəliyinin erkən diaqnozu dərmanların və həyat tərzi tənzimləmələrinin daha təsirli olmasına kömək edəcək.

Şərhlər