Almaniyanın Baden-Vürttemberg bölgəsindəki 3 şəhərin sakinlərinə Amerikanın Moderna şirkətinin istifadə müddəti bitmiş koronavirus peyvəndi vurulub. Bu barədə “Bild” qəzeti məlumat yayıb. Bunlar Sindelfingen, Reutlingen və Esslingen şəhərləridir. Ümumilikdə 840 nəfər vaksinasiya edilib. Qəzetin yazdığına görə, istifadə müddəti bitmiş peyvəndin vurulmasına səbəb, dərmanın düzgün etiketlənməməsi olub. Qablaşdırmada, sanitariya standartlarının tələb etdiyindən daha uzun müddət göstərilib. Eyni zamanda dərmanın soyuducuda saxlanıldığı qeyd olunub.

Moderna istehsalçısına görə, vaksin soyuducuda üç aya qədər saxlanıla bilər. Bununla birlikdə, Avropa Dərman Agentliyinin tələbinə uyğun olaraq, peyvəndin istifadə müddəti 30 gündən çox olmamalıdır.

Şərhlər