Araşdırmanın 94 % düzgünlüyü təsdiq edilib.
 
Ağciyər xərçəngi dünyanın ən ölümcül xəstəliklərindən hesab olunur. Tibbinfo.com bildirir ki, xəstəyə  diaqnoz qoyulduqdan sonra 5 il yaşamaq sadəcə 20 % ehtimal edilir. Bunun səbəbi xərçəng xəstəliyinin çox vaxt  axırıncı mərhələsində aşkar olunmasıdır .
Elm adamları  Kopenhagendə Bispebjerg xəstəxanasında müayinə olunan 365 adamdan 7 ay ərzində qan nümunələrini araşdırıblar.  Bunların əksəriyyəti xərçəngin  yüksək risk qrupuna aid olanlar (yaşları  50-80, 20 ilə yaxın siqaret çəkənlər) olub.
Hər birinin şikayəti demək olar ki eyni olub: Öskürək və təngənəfəslik. Еlm adamları iki – dörd millilitr qan plazması təcrid edib və genomunu sıralayaraq DELPHA istifadə edərək çıxarılan DNT-ni araşdıblar. Bir neçə gündən sonra 365 şəxsdən 129-na ağciyər xərçəngi diaqnozu qoyulub, 87 şəxsdə isə xoşxassəli neoplazmalar  təsbit edilib.
Məlum olub ki, xərçəng diaqnozu qoyulan insanların sağlam iştirakçılarla müqayisədə geniş yayılmış parçalanma variasyonları var.
Nəticədə inkişafın erkən və gec mərhələlərində, habelə fərqli alt tiplərdə olan bir bədxassəli neoplazmanı 94% dəqiqliklə tapmaq mümkün olub.
Aişə Nəbiyeva

Şərhlər