Britaniya səhiyyəçilərinin apardığı araşdırma ailəli şəxslərin ürək xəstəlikləri zamanı ölüm riskinin daha az olmasını müəyyən edib.
“Tibbinfo” xəbər verir ki, alimlərin araşdırması göstərir ki, ürək xəstəlikləri zamanı nikahlı şəxslərin ölüm ehtimalı tənhalara nisbətən 14 % azdır.
Alimlər bunu evli şəxslərin əhatə olunduğu ailə qayğısının müsbət təsiri ilə əsaslandırır.