Əksər insanlar yumurtanın qabığının rənginə görə seçim edirlər. Bəziləri qəhvəyi yumurtaların daha böyük və qidalı olmasına inanır, digərləri isə ancaq ağ yumurta almağı üstün tutur.
Doğrudanmı qabığın rəngi yumurtanın dadına təsir edir? Hansı rəngdə olanı almalı? Bəziləri üçün təəccüblü olsa da demək lazımdır ki, qabığın rəngi yumurtanın tərkibinin qidalılığına təsir etmir. Heç keyfiyyət, tam və xüsusiyyətlərinə də. O zaman tərkibində heç bir fərq yoxdursa, qəhvəyi yumurtalar nə üçün digərlərindən bahadır? Cavab çox sadədir.
Yumurtaların qabığının rəngi toyuq cinslərinin genetik xüsusiyyətləri əsasında formalaşır. Peşəkarlar hansı toyuq cinsinin hansı növ yumurta verəcəyini əvvəlcədən bilir.
Amerika Yumurta Şurasının məlumatlarına əsasən, qəhvəyi rəngli yumurta nisbətən böyük ölçülü olduğuna görə onu hazırlayan toyuq daha çox yem qəbul edir. Həmin toyuğun qəbul etdiyi daha artıq yem fermer üçün əlavə xərc deməkdir. Və fermerlər həmin xərci qiymət fərqi ilə müştərilərə ötürür. Bazarda qəhvəyi rəngli yumurtaya tələb getdikcə artır və fermerlər bu trendi nəzərə alır. Çünki, qəhvəyi yumurtaların daha qidalı olması haqqında mif bitmək bilmir.
Doğrudur, qəhvəyi yumurtada Omeqa 3 yağ turşularının mikroskopik ölçüdə daha çox olduğu aşkarlanıb. Lakin, bu elə kiçik miqdardadır ki, yumurtanın qidalılığına təsir etmir.